2 iyul 2014 - 12:41
 ABŞ-ın İŞİD təşkilatı ilə bağlı mövqeyi şəffaf deyil

Azərbaycanlı bir siyasətçi deyib: ABŞ-ın İraq və Şam İslam Dövləti adlı terrorçu təşkilatla bağlı mövqeyi şübhəli görünür.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Bakıda çıxan Olaylar qəzeti azərbaycanlı şərhçi Qabil Hüseynliyə istinadən yazıb: Dünyanın terrorçuluqda öncül olan qruplaşmaları İŞİD təşkilatının çətri altında bir yerə yığışıblar. Heç şübhəsiz ki bu təşkilatın dağıdılması ilə digər terrorçu təşkilatın kökünün kəsilməsi üçün Amerikanın silahlı qüvvələrinin helikopterlərini daşıyan bir gəmi yetər. lakin buna rəğmən ABŞ bu məsələ ilə bağlı tam fərqli bir mövqe tutub.

Hüseynli xatırladıb: ABŞ prezidenti Barak Obama güclü bir iradə nümayiş etdirə bilməz.

Bu azərbaycanlı ekspert müsahibəsinin davamında Qərb ölkələrinin terrorçu İŞİD təşkilatı ilə bağlı səthi bir mövqe nümayiş etdirməsinə işarə edərək deyib: Heç şübhəsiz ki belə bir səthi mövqeyin nümayiş etdirilməsi regionda Rusiyanın öz aktivliyini nümayiş etdirməsinə zəmin yaradacaq.

"ABŞ-ın Yaxın Şərqə üzrə layihəsi məğlubiyyətlə üzləşib, ona görə də Amerikanın növbəti prezident seçkilərində bu proses özünü daha əyani göstərəcək."

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər