Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İraq ordusu, İŞİD terror təşkilatının işğal etdiyi Mosul şəhərini terroristlərdən tamamilə təmizlənmə əməliyyatının cümə axşamı başlayacağını bildirdi.
İraq hüquq-mühafizə orqanlarından verilən məlumata görə, İraq ordusu Mosul şəhərini terroristlərdən təmizləmək üçün 5 ayrı nöqtədə hazırlıq işlərini görürlər.
Ordunun şəhəri geri almaq və terroristlərdən təmizləmək üçün lazımlı infrastruktur işlərini tamamladığı bildirilir.
İraq ordusunun Mosulun ətrafında 5 yerdə mövqe tutduqları bildirilən hüquq-mühafizə orqanlarının xəbərində, terroristlərin son günlərdə ağır zərbə aldıqları qeyd edilib.
İraqın Səlahaddin Qubernator şurası rəhbəri Əhməd Əl Kərim, İraq ordusu və hüquq-mühafizə orqanları ilə "İraq-Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı üzvlərinin aralarında yaranan qarşıdurmalarda əhəmiyyətli irəliləmələr olduğunu bildirib.Əhməd Əl Kərim həmçinin İŞİD terrorçularından bir çoxunun qadın qılığına girərək, avtomobillərlə Səlahaddindən Əl Cəzirə bölgələri və Hamreyn dağlarına doğru qaçdıqlarını söyləyib.
Əl Kərim ayrıca İŞİD-in, bölgədəki ölkələrin dəstəkləri sayəsində güc topladığına toxunaraq "Onlar bölgəni qarışıqlıq və xaos mühitinə soxmaq niyyətindirlər. Bu terroristlər kimilərinin təbliğatlarının əksinə şübhəsiz Əhli Sünnəni qorumaq üçün İraqa gəlməmişlər. Bunlar həqiqətdə din və məzhəb örtüyü altında hər kəsi öldürməkdən və hər şeyi dağıtmaqdan çəkinməyən Təkfirçi bir təşkilatı təşkil edirlər. Bunların İslamla heç bir əlaqəsi yoxdur" deyə bildirib.
CenubNews.com
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır