20 iyun 2014 - 16:29
Zərif və Aştonun 4-cü görüşü

Vyanada İranla Altılıq Qrupu arasında nüvə müzakirələrinin 5-ci dövrü çərçivəsində İranın xarici işlər naziri və Avropa Birliyi xarici siyasət idarəsi sədrinin görüşü baş tutub. Bu barədə xəbəri Mehr xəbər agentliyi yayıb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Vyanada İranla Altılıq Qrupu arasında nüvə müzakirələrinin 5-ci dövrü çərçivəsində İranın xarici işlər naziri və Avropa Birliyi xarici siyasət idarəsi sədrinin görüşü baş tutub. Bu barədə xəbəri Mehr xəbər agentliyi yayıb.

Daxil olan məlumata əsasən, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Avropa Birliyi xarici siyasət idarəsinin sədri Katrin Aşton cümə günü 4-cü dəfə olaraq ikitərəfli surətdə fikir mübadiləsi aparıblar.

İran və Altılıq Qrupunun Vyana müzakirələri elə bir halda cərəyan etməkdədir ki, müzakirə tərəfləri növbəti görüşün iki iyul tarixində keçirilməsi haqda razılığa gəliblər.

Qeyd edək ki , Zərif və Aşton cümə axşamı günü müxtəlif mövzuların hamısını müzakirə ediblər.

İranla Altılıq Qrupunun nümayəndələri konkret bir razılaşma mətninin yazılması və tənzimlənməsi haqda razılığa gəlmək üçün iyunun 16-dan Vyanada bir araya gəliblər.

Uranın zənginləşdirilməsi ,miqyası, səviyyəsi və sanksiyaların ləğv edilməsinin zaman cədvəli kimi məsələlər İranla Altılıq Qrupunun ciddi ixtilaflarını təşkil edir.

Tehran Radiosu

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər