17 iyun 2014 - 13:12
Lavrovun Azərbaycana rəsmi səfəri başlayır

Danışıqların gündəliyinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi də daxildir

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Lavrovun Azərbaycana rəsmi səfəri başlayır

Danışıqların gündəliyinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi də daxildir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycana rəsmi səfər edəcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, səfər proqramına Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüş daxildir.

Bu, 2014-cü il ərazində Azərbaycan və Rusiya XİN başçılarının dördüncü görüşü olacaq.

Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentindən bildirilib ki, tərəflər regional və beynəlxalq gündəmin əsas aspektlərini müzakirə edəcəklər.

“Müzakirələrdə Həştərxanda keçiriləcək 4-cü Xəzər sammitinə hazırlıq kontekstində Xəzər probleminə diqqət ayrılacaq. Danışıqların gündəliyinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi də daxildir”, - deyə Rusiya XİN-də bildiriblər.

APA.az

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər