Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,
Tehranın bu həftəki cümə namazının xətibi "İraq və Şam İslam Dövləti" təkfirçi-terrorçu qruplaşma qarşısında İraq xalqının vəhdətinin vacibliyini vurğulayıb.
Tehranın bu həftəki cümə namazının xətibi Ayətullah Məhəmməd İmami Kaşani "İraq və Şam İslam Dövləti" terror qruplaşmasının İraqdakı cinayətlərinə toxunaraq deyib: Bu qruplaşma islam dünyasında, bütün islam ölkələrində təhlükəsizliyi məhv etmək məqsədilə məkrli planlar icra edir və hazırda da öz cinayətlərini İraqa daxi etmişdir.
"İŞİD" terror qruplaşmasının formalaşmasını islam düşmənlərinin məkrli planı adlandıran Tehranın cümə namazı xətibi bu qruplaşmanın Suriyadakı cinayətlərinə toxunaraq əlavə edib: Suriya ordusu bir zamanlar əl-Qaidə, hazırda isə "İŞİD" olaraq özünü nümayiş etdirən bu xəbis qruplaşmanı xar edərək məğlubiyyətə uğratdı.
"İraq xalqı da birliyini qorumaqla, Allah-taalaya təvəkkül etməklə və istənilən ixtilafdan uzaq qalmaqla təkfirçi "İŞİD" qruplaşmasının cinayətləri qarşısında dayanmalı və var-qüvvəsi ilə öz ölkələrini müdafiə etməlidir" –deyə Ayətullah İmami Kaşani söyləyib.
Tehranın cümə namazı xətibi həmçinin bildirib: İslam düşmənlərinin məkrli planları İran İslam Respublikası yarandığı gündən indiyə qədər İran xalqı və Vilayət-Fəqihin sayıqlığı və birliyi ilə məğlubiyyətə uğramışdır.
Tehranın cümə namazı xətibi həmçinin dünya şiələrinin 12-ci imamı Həzrət Mehdinin (əc) səadətli viladəti münasibəti ilə hamını təbrik edərək deyib: O həzrət şiə əhlinin arasında xüsusi yerə və hörmətə malikdir və çoxlu sünni əhlinin də o həzrətə etiqadı vardır.
Tehran Radiosu
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır