1 iyun 2014 - 16:54
Rəsmi Tehran “Suriyanın Dostları” iclasına evsahibliyi etdi

Sesiyada ABŞ rejiminin terrorçu qruplaşmalara bir daha silah və azuqə yardımları ayırması kəskin sürətdə məhkum edilmiş və bu addımın ABŞ rejimi üçün növbəti utancverici bir hərəkət olduğu bildirilib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının sədri Əli Laricanının sədirliki və Suriyaya dost olan ölkələrin Milli Təhlükəsizlik Komissiyaları rəhbərlərinin iştirakı ilə bu gün Tehranda “Suriyanın Dostları” 2-ci iclası keçirilib.

Məlumata görə, rəsmi sesiyada 28 ölkə nümayəndələri iştirak edib.

Suriyanın Dostları olan ölkələrin milli təhlükəsizlik komissiyalarının rəhbərlərinin iclası sionist rejim qarşısında müqavimətin ön cəbhəsi olaraq Suriyadakı toqquşmalara son qoymaq və bu ölkədə sülh və təhlükəsizliyin bərqərar olunmasına kömək etmək məqsədilə İran islam Respublikasının siyasətləri çərçivəsində keçirilib.

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının sədri Əli Laricani Suriya xalqına humanitar yardımların davam etməsinin vacibliyini vurğulayaraq deyib: Ötən üç ildə Suriya xalqına müxtəlif sanksiyaların tətbiq olunduğuna görə bu ölkə xalqı humanitar yardımlar, o cümlədən qida və dərman preparatlarına ehtiyaclıdır.

Sesiyada həmçinin ABŞ rejiminin terrorçu qruplaşmalara bir daha silah və azuqə yardımları ayırması kəskin sürətdə məhkum edilmiş və bu addımın ABŞ rejimi üçün növbəti utancverici bir hərəkət olduğu bildirilmişdir.

 

ABNA- Xəbər Agentliyi

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər