26 may 2014 - 15:08
Dini Komitənin sədri istefa verdi

İndoneziyanın Korrupsiyaya qarşı dövlət komitəsi araşdırmanın nəticəsini elan edərək bildirib: “Dövlət Həcc İdarəsində araşdırmalar aprdığımız zaman 20 milyon dolların şübhəli formada bir hesabdan digər hesaba köçürülməsinin şahidi olmuşuq.”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün 26 may 2014-cü ildə İndoneziya dövlətnin Həc mərasiminə dair ayırdığı büdcəni mənimsəməkdə ittiham olunan Dini Nazirlikin sədri tutduğu vəzifəsindən istefa verərək kənarlaşıb.

İndoneziyanın Korrupsiyaya qarşı dövlət komitəsi ötən həftə apardığı araşdırmalar nəticəsində Surya Darma Əlini Dövlət Həcc İdarəsinin büdcəsini qeyriqanuni yollarla mənimsəməkdə şübhəli bilərək barəsində istintaq işinin aparılmasını tələb edib.

İndoneziyanın Korrupsiyaya qarşı dövlət komitəsi araşdırmanın nəticəsini elan edərək bildirib: “Dövlət Həcc İdarəsində araşdırmalar aprdığımız zaman 20 milyon dolların şübhəli formada bir hesabdan digər hesaba köçürülməsinin şahidi olmuşuq.”

Məlumata görə, bu xəbərin xalq arasında yayılması böyük əks səda doğurub və İslam ölkələri arasında ən sıx cəmiyyətə malik olan ölkə əhalisinin qəzəbinə səbəb olub.

İndoneziya Dini Nazirlikin sədri, ölkə prezidentinə ən yaxın olan şəxslərədn ilk nəfəridir ki, onun barəsində qeyriqanuni yeyinti iddiası ilə iş açılıb.

Surya Darma Əli ötən həftənin şənbə günü verdiyi müsahibəsində bildirmişdir ki, ona qarşı qaldırılmış iddialar onun tutduğu vəzifəsindən uzaqlaşdırılmasına səbəb ola bilməyəcək. Amma ölkə prezidenti ilə görüşündən sonra o, tutduğu vəzifəsindən istefa verərək işdən azad olunub.

 

ABNA- Xəbər Agentliyi

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər