Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Bir müddət əvvəl "New York Times" qəzeti İranla İsrailin gizli əlaqələrinin aşkar etməsilə bağlı xəbər yaymışdı
Bundan sonra Azərbaycanda da bəzi medialar xəbərin üstünə əlavələr qoyaraq bu xəbəri yayımlamışdılar.
bu xəbərə İran tərəfi sərt cavab verib
İranın "Səhər" kanalının saytında yayımlanan təkzib xəbəri isə sərt olub.
Saytda yazılan xəbərdə bildirilir ki, bu İranın 5+1 qrupu ilə danışıqların yaxşı səviyyəyə yaxınlaşmasından sonra baş verib.
"Bu ağ yalan Qərb medialarında geniş formada yayıldıqdan dərhal sonra, Bakıda Qərb və Sionist rejimdən asılı medialar tərəfindən də işıqlandırılıb.
Qərb və Sionist medialarının yolunu izləyən Azərbaycan mediaları İranın imicinə zərbə vurmaq üçün bu kimi ifadələrdən istifadə ediblər: "İran düşməni elan etdiyi İsrail ilə silah ticarətinə malikdir. İran dünyanı aldadır."
Sionist-Amerikan medialar ötən illər ərzində də davamlı olaraq dəfələrlə oxşar iddialarla İranın imicinə zərbə vurmağa çalışıblar. Amma, hər dəfə Amerikan-Sionist medialarının yalançılığının üzə çıxması ilə bu kimi anti-İran təbliğatların təsir gücü minimum həddə enmiş olub."
Qeyd edək ki, ABŞ mediası bu xəbəri ilk olaraq yayımlayıb. Lakin bu xəbəri isbat edəcək tutarlı bir fakt təqdim edilməyib.
Islamazeri.az
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır