7 may 2014 - 02:27
İranın Azərbaycanda qadağan olunmuş dini ədəbiyyat siyahısına reaksiyası

İran Xarici İşlər Nazirliyinin sözçüsü Azərbaycan Respublikasında qadağan olunmuş kitabların siyahısının nəşr edilməsinə reaksiya verib

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İranın Azərbaycanda qadağan olunmuş dini ədəbiyyat siyahısına reaksiyası

İran Xarici İşlər Nazirliyinin sözçüsü Azərbaycan Respublikasında qadağan olunmuş kitabların siyahısının nəşr edilməsinə reaksiya verib.

Mərziyyə Əfxəm çərşənbə axşamı günü öz həftəlik brifinqində deyib: Azərbaycan Respublikasının dini komitəsi tərəfindən nəşr olunmuş və imamların həyatı və anti-vəhhabilik kitablarının da ehtimal üzrə daxil olduğu qadağan edilmiş dini kitablar siyahısı haqda kifayət qədər məlumatımız yoxdur. Bu barədə dəqiq araşdırmadan sonra mövqe tutacağıq.

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, bəlkə də qadağan olunmuş və nəşr edilmiş kitabların siyahısı dəqiq olmuş olmasın. O, sonra deyib: Azərbaycan və İran xalqlarının bir çox yaxınlıqlar və ortaqlıqlara malik olduqlarına, digər tərəfdən də Azərbaycan xalqının doxsan səkkiz faizinin şiə olmasına görə, bu xalq indiyədək dini-məzhəbi əsərləri rəğbətlə qarşılayıbdır.

Mərziyyə Əfxəm belə qeyd edib: Araşdırmadan sonra baxıb görməliyik ki, nə üçün bu siyahıya daxil olan kitabların bəzisi qadağan olunub və təhlükəli qələmə verilibdir.

İranın diplomatiya aparatının sözçüsü əlavə edib: Azərbaycan Respublikasında qadağan olunmuş dini ədəbiyyat və kitabların siyahısı barədə mütləq İran İslam Respublikasının Bakıdakı səfirliyindən lazımı izləmələri həyata keçirəcək və əmin olandan sonra dəyərləndirmə aparıb, öz cavabımızı verəcəyik.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tehran radiosu

Etiketlər