Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ötən gecə Hindistanın Asam əyalətində yaşayan buddist -bütpərəst qəbiləsinin bir qrup silahlı ünsürləri Müsəlmanların yaşadıqları kəndə hücuma keçərək, içərilərində qadın və uşaq olmaqla 11 günahsız Müsəlmanı qanlarına qəltan etmiş və kənd əhalisinin əmlaklarına ciddi maddi xəsarətlərt yetirmişlər.
Asam əyalət prokurorluğunun bildirişində vurğulanıb i, qeyd olunan kənddə yaşayan əhali Banqladeş əsilli Müsəlmanlardır. Cinayət hadisəsinin törədilməsinə əsas səbəb də Hindistan buddistlərinin Banqladeşlilərə qarşı nifrət etdikləri göstərilir (!).
Qeyd edək ki, Hindistanda seçkilər ərəfəsində dövlətin müxalifətçi partiyalarının rəhbəri olan Narindar anti-Müsəlman çıxışlar edərək ölkədə Müsəlmanlara qarşı psixoloji durumu dəyişərək, Müsəlmanların təhlükəsizlikinin aradan qaldırılmasını tələb edib.
Narinda çıxış zamanı partiyasının qələbə çaldığı təqdirdə Müsəlmanlara qarşı zorakılıq əməllərə dəstək verəcəyini vəd verib.
Xatırladaq ki, iki il öncə də Hindistanın “Hindu Budu” qəbiləsinin silahlı ünsürləri Asam əyalətində yaşayan Müsəlman sakinli kəndlərə basqın edərək 40 günahsız Müsəlmanı Şəhadətə yetirmişlər.
ABNA- Xəbər Agentliyi
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır