Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, 10 ingiltərəli qadın həyat yoldaşları ilə birlikdə Suriyaya keçərək, “İraq Şam İslam Dövləti” adlı terrorçu qruplaşmaya qoşulublar.
Bu barədə İngiltərənin “Daily Mirror” qəzeti xəbər dərc edib. Xəbərdə həmçinin 700 ingiltərəlinin terrorçu qruplaşmaların tərkibində döyüşdüyü də qeyd edilib. Ən azı isə 20 ingilisin döyüşlərdə öldürüldüyü bildirilib.
Digər xəbərə görə isə, İraq ordusunun Fəllucə şəhərində İŞİD-ə qarşı apardığı əməliyyatlarda İŞİD terrorçularının yüksək rütbəli komandiri Əbu Həmd əl-Mühacir də məhv edilib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
Islamazeri.az