Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Şiə Aləminin Ali Təqlid Mərcələrindən biri olan Ayətullah Uzma Mələkuti cənablarının vəfatı ilə bağlı Ümümdünya Müsəlmanlarının Ali Lideri Ayətullah Uzma Xamenei həzrətləri mərhumun ailə üzvlərinə, tələbələrinə, o böyük alimdən təqlid edənlərə, həmçinin bütün Azərbaycan xalqına baş sağlığı verib.
İmam Xamenei həzrətlərinin bu münasibətlə verdiyi mesajının tam mətni belədir:
Bismillahir Rəhmanir Rəhim
İslam Respublikasının qurluşuna və İslam İnqilabı uğrunda çalışan və b yolda böyük xidmətlər göstərmiş, Elmi Hövzələrin bariz alimlərindən biri olan, böyük alim, mərhum Ayətullah Hac Şeyx Müslim Mələkuti rizvanullahi təala əleyhin vəfatı münasibəti ilə onun əziz və möhtərəm aiəsinə, şagirdlərinə, o şəxsiyyətə məhəbbət bəsləyənlərə, bütün Azərbaycan xalqına, həmçinin Təqlid Mərcələrinə, Qum Elmi Hövzənin Alimlərinə təsliyyət ərz edirəm.
Repressiyalar dönəmində bu Mücahid Alimin “Came Mudərrisin”də (admin: Müəllimlər İcması) siyasi fəaliyyətlərindəki daim iştirak etməsi və (admin: İslam İnqilabından) sonra da, onun Qəhrəman Təbriz şəhərində Cümə Namazına Rəhbərlik səngərində, həmçinin Müqəddəs Müdafiə dönəmində daim İslam əsgərləri ilə birgə cəbhə bölgələrində fəaliyyət göstərməsi parlaq keçmişinin nümunələridir ki, İnqilab tarixinin yaddaşından və Kiramul Katibinlərin (admin: insanın yaxşı və pis işlərini yazan mələklər) yazı dəftərindən inşaAllah heç zaman məhv olmayacaq. Allah Təaladan onun üçün ali mərtəbət, İlahi rəhmət və məğfirət arzulayıram.
Seyyid Əli Xamenei
02, Ordibehişt, 1393
(22, Aprel, 2014)
ABNA- Xəbər Agentliyi
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır