Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Siddiqeyi Kubra, həzrəti Zəhranın (səlamullahi əleyha) anadan olan günü münasibəti ilə Bəni Haşimin Aqiləsi, İsmət Ailəsinin sərpərəsti, Xanım Zeynəbin (səlamullahi əleyha) hərəmi bir daha nurəfşan oldu.
Ötən gün, Dəməşqin yaxınlığındakı Seyyidətu Zeynəb (səlamullahi əleyha) məntəqəsi, ölkənin bir çox yerlərindən gəlmiş ziyarətçiləri qəbul edib. Milad mərasimində iştirak etmək məqsədi ilə ziyarətə gəlmiş minlərlə Əhle Beyt (əleyhim səlam) aşiqləri Ya Zeynəb!, Ya Zəhra! (səlamullahi əleyha) sədalarını göylərə ucaldıblar.
Xanım Zeynəbin (səlamullahi əleyha) hərəminin məsulları və Əhli Beyt (əleyhim səlam) aşiqləri həzrəti Zeynəbin (səlamullahi əleyha) pak hərəmini, həmçinin sərasər Zeynəiyyə (səlamullahi əleyha) məntəqəsini əl-əlvan bəzəklər ilə bəzəmiş və küçə, xiyabanları çırağban etmişlər.
Əhli Beyt (əleyhim səlam) ABNA Xəbər Agentliyinin Zeynəbiyyə (səlamullahi əleyha) məntəqəsindəki xüsusi müxbirinin verdiyi məlumata görə, şənlik mərasimləri Xanım Fatimənin (səlamullahi əleyha) təvəllüd gecəsindən başlayaraq iki gün davam etmişdir.
Mərasimdə iştirak edən bir sıra Din Alimləri və Şeyxlər Milad bayramı münasibəti ilə bütün Müsəlmanları təbrik etmiş və həmçinin Suriya Müqavimət Hərakatının davamlı olmasına təkid edərək, ölkənin və dövlətin çətinliklər qarşısında davamlı olmasına təkid etmişlər.









ABNA- Xəbər Agentliyi
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır