Xanım Zeynəb
-
İlahi İncilərin Nur Sil-Siləsi
Bu gün həzrəti Zeynəbi Kübranın (s) mövludu günüdür
İmam Səccad (əleyhi səlam) bibisi Xanım Zeynəbi Kübra (səlamullahi əleyha) haqqında buyurur: “Ey bibi! Siz əlhəmdulillah, təlim görməmiş aliməsiniz, başa düşən xanımsınız ki, bəşər sizi dərk etmir”.
-
İran İslam Respublikası
Xanım Zeynəbin (s) hərəminin Qəhrəman Müdafiəçisi Qumda dəfn edildi – Foto
Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Müqəddəs Qum şəhərinin möminləri Cümə Namazından sonra Suriyada Şəhid olan, həzrəti Zeynəbi Kübranın (səlamullahi əleyha) hərəminin Qəhrəman Müdafiəçisini dəfn ediblər. Pakistandan Xanım Zeynəbi Kübranın (səlamullahi əleyha) hərəmini sələfi vandallarından qorumaq məqsədi ilə, Suriyaya gedən Adil Hüseyni-yə Meyyit Namazı həzrəti Məsumənin (səlamullahi əleyha) hərəmində qılınıb. Onun pak cəsədi Xanım Fatiməyi Məsumənin (səlamullahi əleyha) məzarına aparıldıqdan sonra Müqəddəs Qum şəhərinin Şühədalar qəbristanlığında torpağa tapşırılıb.
-
Yaxın Şərq
Vəhdət yəni “Suriyanın Müfti Əzəmi Hz. Zeynəbin (s) hərəmində nitq söyləyir” - Foto
Şeyx Həsun, Nubul və Əl Zəhra şəhərlərində Şəhid olanların xatirələrini yad etmək məqsədi ilə həzrəti Zeynəbin (səlamullahi əleyha) hərəmində keçirilən anım mərasiminə toplaşan alimlər, tələbələr, Dəməşq əhalisinin müxtəlif təbəqə sakinləri və müqəddəs hərəmin müdafiəçiləri önündə Nubul və Əl Zəhra şəhər sakinlərinə xitab edərək bildirib: “Ümmətimizin başın ucaltdığınız üçün tək-təkinizin alnını öpürəm. Allah sizi tutduğunuz yolda sabitqədəm edəcək, Allahın mələkləri sizi qoruyacaq və köməkinizə tələsəcəklər. Allahın köməkliyi ilə, qələbə bizimlədir”.