Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən
ABŞ və Rusiya prezidentləri arasında telefon söhbəti açıq və səmimi olub
Apa-nınməlumatına görə, bu barədə Reuters agentliyinə ABŞ prezidentinin administrasiyasındakı mənbə bildirib
ABŞ prezidenti Barak Obama bir daha Ukrayna böhranın diplomatik yolla həllinin üstünlüyünü qeyd edərək təəssüflə bildirib ki, Rusiya tərəfinin hərəkətləri buna imkan vermir
“Son nəticədə, Ukrayna xalqının özü öz gələcək taleyini müəyyən etməlidir”, - deyə Obama vurğulayıb
Mənbə telefon bağlantısının Rusiya tərəfinin təşəbbüsü ilə baş tutduğunu bildirib
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Putin Obamanı ABŞ-ın bütün imkanlarından istifadə edərək Ukraynada zorakılıq və qan tökülməsinə imkan verməməyə çağırıb
“Ukrayna hökuməti, ilk növbədə, regionları və aparıcı siyasi qüvvələri yeni Konstitusiyanın hazırlanmasına cəlb etməlidir”, - deyə Putin qeyd edib
Bundan başqa, Putin Obamanın nəzərinə çatdırıb ki, Rusiyanın Ukraynanın cənubi-şərqinə müdaxiləsi barədə ABŞ-ın narahatlığı yanlış məlumatlara əsaslanır
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
APA.az