12 aprel 2014 - 14:29
Dəməşqin Məlihə məntəqəsində terrorçulara aid tünellər kəşf olunaraq zəbt edilib + Foto

Suriya Milli Ordusundakı mənbələrdən birinin verdiyi məlumatda bildirilir: “Suriya Milli Ordusu ilə üzbəüz döyüşməkdən ehtiyat edən azğın yaraqlı ünsürlər, terror aktlarını həyata keçirtmək məqsədi ilə yeraltı tünellər qazmağa məşğuldurlar. Lakin qeyd etməliyik ki, Ordu Bölmələri terrorçuları yerin altında da təqib etməyə davam edir və kəşf etdiyi bütün tünelləri yaraqlıların başı üzərində dağıdaraq onlara ağır itkilər verməyə məcbur edir.”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriya Silahlı Qüvvələri paytaxt Dəməşqə yaxın Məlihə məntəqəsində bir neçə tünel kəşf edib. Məlumata görə, yaraqlı təkfirçilər qeyd olunan tünellərdən terror əməliyyatlarında istifadə edirmiş.

Suriya rəsmi televiziyasının məlumatına görə, vəhhabilər həmçinin Suriya Milli Ordusu ilə gedən döyüşlərdə amanda qalmaq üçün Məliha məntəqəsində bir neçə səngər də qazıblarmış.

Suriya Milli Ordusunun xüsusi müxbiri tünellər barədə verdiyi açıqlamada bildirib: “Qeyd olunan tünellər Silahlı Qüvvələrimiz tərəfindən yaraqlıların təqibi zamanı aşkarlanıb.”

Suriya Milli Ordusundakı mənbələrdən birinin verdiyi məlumatda isə bildirilir: “Suriya Milli Ordusu ilə üzbəüz döyüşməkdən ehtiyat edən azğın yaraqlı ünsürlər, terror aktlarını həyata keçirtmək məqsədi ilə yeraltı tünellər qazmağa məşğuldurlar. Lakin qeyd etməliyik ki, Ordu Bölmələri terrorçuları yerin altında da təqib etməyə davam edir və kəşf etdiyi bütün tünelləri yaraqlıların başı üzərində dağıdaraq onlara ağır itkilər verməyə məcbur edir.”

ABNA- Xəbər Agentliyi

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags