2 fevral 2014 - 20:30
Ceymz Kolper: Hal hazırda Suriyada 26 min döyüşçü vuruşur

İmperialist Amerika Birləşmiş Ştatlarının milli təhlükəsizlik idarəsinin müdiri verdiyii raportunda daha sonra bildirib: “Hal hazırda Suriyada hökümət qüvvələrinə qarşı 26 min silahlı döyüşür. Onlardan 10 min nəfərə yaxını isə dünyanın 50 ölkəsinin vətəndaşları təşkil edir”.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ötən gün imperialist Amerika Birləşmiş Ştatlarının milli təhlükəsizlik idarəsinin müdiri Ceymz Kolper, Amerika senatının təhlükəsizlik komitəsinə təqdim etdiyi raportda Suriyada döyüşən yaraqlılar haqda maraqlı məqamları ifşa edib.

Kolper verdiyi raportda bildirib ki, Suriyaya könüllü gedərək vuruşmaq istəyənlərə hərbi təlimləri beynəlxalq əl-Qaidə yaraqlılarına bağlı terrorçu qruplaşmalar həyata keçirir. Qeyd olunan qruplaşmalar könüllüləri hərbi təlimlər ilə yanaşı onların geriyə öz ölkələrinə döndükləri zaman lazım olan hər bir məsələ ilə də təlimatlandırırlar.

İmperialist Amerika Birləşmiş Ştatlarının milli təhlükəsizlik idarəsinin müdiri verdiyii raportunda daha sonra bildirib: “Hal hazırda Suriyada hökümət qüvvələrinə qarşı 26 min silahlı döyüşür. Onlardan 10 min nəfərə yaxını isə dünyanın 50 ölkəsinin vətəndaşları təşkil edir”.

Ceymz Kolper həmçinin öz raportunda qeyd edib ki, hazırda xarici vətəndaşlardan ibarət silahlı döyüşçülərdən bir qrupu öz vətənlərinə Amerika, Avropa və.s ölkələrə qayıdıblar.

ABŞ milli təhlükəsizlik idarəsinin müdiri C. Kolperin verdiyi raportda həmçinin bu da qeyd edilir ki, Suriyaya döyüşmək üçün gedən yaraqlılar turist, ziyarət, təhsilə davam etdirmək və. s. müxtəlif bəhanələr ilə öz ölkələrini tərk edirlər.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır