28 dekabr 2013 - 20:30
Ərdoğanın oğlunun daha bir sirri açıldı

Türkiyədə 17 dekabr əməliyyatında yeni nüanslar ortaya çıxıb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Türk mənbələrinin verdiyi xəbərə əsasən, əməliyyat dosyesində adı çəkilən ərazilərdən biri də İstanbul Pendikdəki kvarsit mədənidir.

Mədənin sənədləri kənd sakinlərinin şikayətindən sonra ləğv olunub. Lakin əsas iddialar belədir ki, mədənin qoruq elan olunmuş əraziləri satmaq istənilib.

Bu ərazilərin başında isə Pendikdəki kvarsit (tərkibində gil, sement və başqa elementlər olan qum) yatağı gəlir. Uzun illər bu mədənə sənəd verilməyib.

Baş nazirin oğlu Bilal Ərdoğan mədənə gizlin şərik olduqdan sonra Baş nazirlikdən gələn təlimatla mədənin fəaliyyətə başladığı iddia edilir.

Ərazidə yaşayanların şikayətindən sonra mədən fəaliyyətini dayandırıb. /publika/