Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Türkiyənin “Halkbank” rəhbərinin həbsini də əhatə edən əməliyyatlarla sarsıldığı həftə ABŞ-ın İrana sanksiyalarına nəzarət edən Maliyyə Nazirliyi müşaviri sabah Ankaraya gəlir. Mövzu İrana qarşı iqtisadi sanksiyalar və Suriyadakı cihadçılara yardım dəstəklərini əhatə edən qeyri-qanuni maliyyə hərəkətləridir.
Mətbuatda yayılan xəbərlərə əsasən, “Halkbank”a təşkil edilən əməliyyatın arxasında İran embarqosunu qırması və kürd bölgəsi neftinin pullarının burada toplanmasının olduğu irəli sürülür. Qeyd edək ki, İsrail lobbisi AIPAC ötən günlərdə Türkiyə əleyhinə bir kampaniya başlatmışdı. ABŞ-da 47 millət vəkili də İranla ticarətə vasitəçilik etdiyi səbəbiylə “Halkbank”ı günahlandırmışdı.