Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Aiçi-Naqoya Asiya Oyunlarında elektron futbol üzrə final qarşılaşması bir neçə saat əvvəl İranın qələbəsi ilə başa çatıb.
Finalın ilk oyununda Əbülfəzl Ağayinəsəb Malayziyalı Fariş Luzman Məhəmməd Fərid Selkumara 2:1 hesabı ilə məğlub olub. Lakin Paçani ikinci oyunda Məhəmməd Haris Həzmi Hakimini 3:0 hesabı ilə məğlub edib. Beləliklə, İran komandası daha yaxşı top fərqi sayəsində qızıl medal qazanıb.
Bu, İran nümayəndə heyətinin Naqoya Asiya Oyunlarında qazandığı üçüncü qızıl medal olub.
Sizin rəyiniz