23 sentyabr 2026 - 17:04
Naqoya 2026 Asiya Oyunlarında  İranın qadın kata komandası gümüş medal qazandı

Fatimə Sadiqi, Zeynəb Əl-Sadat Hüseyni və Sepidə Əmininin kombinasiyası ilə qadın komanda katası ilk turda Tayland üzərində qəti qələbə qazandı və sonra Filippini məğlub edərək finala yüksəldi.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İranın qadın kata komandası 2026-cı ildə Naqoyada keçirilən Asiya Oyunlarında gümüş medal qazandı.

Ötən gün, Naqoyada keçirilən 20-ci Asiya Oyunlarının karate yarışlarının üçüncü günündə İranın Kumite üzrə üç təmsilçi, eləcə də qadın komanda katası finala vəsiqə qazana biliblər.

Belə ki, Fatimə Sadiqi, Zeynəb Əl-Sadat Hüseyni və Sepidə Əmininin kombinasiyası ilə qadın komanda katası ilk turda Tayland üzərində qəti qələbə qazandı və sonra Filippini məğlub edərək finala yüksəldi.

İran final matçında Vyetnamla qarşılaşdı.

Xatırladaq ki, təxminən üç ay əvvəl Asiya Çempionatında İran komandası finalda Vyetnamı məğlub edərək qızıl medal qazanmışdı.

Sizin rəyiniz

You are replying to: .
captcha