18 dekabr 2013 - 20:30
Terrorçular Kərbəlanı raketlə hədəfə alıblar

Ötən gecə (17 dekabr) terrorçular Kərbəlanı raketlə hədəfə alıblar.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Nəhreyn Net xəbər saytının məlumatına görə ötən gecə (17 dekabr) Kərbəlada 3 güclü partlayış törədilib. Həzrət İmam Hüseyn (ə) zəvvarları Ləbbeyk ya Hüseyn nidasını ucaldarkən 3 güclü partlayış səsi eşidilib. Deyilənlərə görə terrorçu vəhhabi qruplaşmalarının üzvləri Grad növlü 3 ədəd raketlə Kərbəladakı hüseynçi zəvvarları hədəfə alıblar.

Əl-Ənvər telekanalı sözü gedən hadisəyə işarə edərək qeyd edib: Terrorçular tərəfindən atılan bu raket "Məntiq Əl-vaeli", "Bab Bağdad" və "Qəntərət İslam"-a dəyib.

Kərbəlada polis əməliyyat qərargahının məsul rəsmilərindən olan palkovnik  Mazən də deyib: aparılan araşdırmalara görə terrorçular Fəllucənin yaxınlığında olan Amiriyyə məntəqəsindən Kərbəlanı hədəfə alıblar.

Daxil olan məlumata əsasən İraqda terrorçular tərəfindən törədilən bu əməliyyatda bir iranlı şəhid olub daha 13 nəfər yaralanıb.