14 dekabr 2013 - 20:30
Milli Şuranın mitinqi + Foto

Aksiyanı yazar Şahvələd Çobanoğlu aparıb, AXCP sədri Əli Kərimli, Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı, KXCP sədri Mirmahmud Mirəlioğlu, Milli Şuranın sədri Cəmil Həsənli aksiyada çıxış ediblər.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Milli Şuranın Tarif Şurasının bəzi neft məhsullarının və benzinin qiymətində artım olması ilə bağlı qərarına etiraz olaraq keçiridiyi mitinq başlayıb.

Mitinq Yasamal rayonundakı Məhsul stadionunda (İnşaatçılar metrostansiyasının yanı) keçirilib. Güclü yağışın yağması aksiyaya mənfi təsirini göstərsə də, meydana gələnlər daqvam edib. Meydanda yüksək əhval-ruhiyyənin olduğu vurğulanıb.

Aksiyanı yazar Şahvələd Çobanoğlu aparıb, AXCP sədri Əli Kərimli, Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı, KXCP sədri Mirmahmud Mirəlioğlu, Milli Şuranın sədri Cəmil Həsənli aksiyada çıxış ediblər.

Daha sonra mitinqin qətnaməsi oxunub.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır