5 dekabr 2013 - 20:30
İraqlı Təqlid Mərcələrindən olan Ayətullah Hairinin Suriyada Cihad fətvası verdiyi iddia edilir

İraqın Nəcəf şəhərində yaşayan Şiə dünyasının Təqlid Mərcəsi Ayətullah Uzma Seyyid Kazım Hairinin adının açıqlanmasını istəməyən ofis səlahiyyətlilərindən biri: "Ayətullah Hairinin küfr qarşısında və müqəddəsatı müdafiə etmək üçün cihadın fərz olduğu fikiri aydındır. Təkfirçilər Suriyanın hər yerində Şiəyə qarşı müharibə elan etmiş və bunu faktiki olaraq hər gün həyata keçirirlər".

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Nəcəf Əşərəfdə yerləşən və Təqlid Mərcələrindən biri sayılan Ayətullah Uzma Seyyid Kazım Hairinin dəftəri, Suriyada küfrə qarşı və dini müqəddəsatı müdafiə etmək naminə cihadın fərz olduğunu elan edib. Ayətullah Uzma Hairinin, azğın təkfirçilərin Suriyada Şiələrə qarşı vəhşi və mərhəmətsiz hücumlarına qarşı belə bir fətva verdiyi və Şiələrin sırf məzhəblərindən ötəri hər gün qətliam və qırğınlara uğradığını ifadə edilib.

Ayətullah Uzma Seyyid Kazım Hairinin Nəcəfi Əşrəfdə yerləşən adı açıqlanmayan ofis səlahiyyətlilərindən biri verdiyi açıqlamada beə bildirib: "Ayətullah Hairinin küfr qarşısında və dini müqəddəsatı müdafiə etmək üçün cihadın fərz olduğu fikiri aydındır. Təkfirçilər Suriyanın hər yerində Şiəyə qarşı müharibə elan etmiş və bunu faktiki olaraq həyata keçirməkdə davam edirlər.

Artıq Şiə Məktəbinin davamçılarının hər gün qətl edilməsinə qarşı səssiz qalına bilməz. Özümüzü və dini müqəddəsatımızın qorunub saxlanması üçün Ayətullah uzma Seyyid Kazım Hairinin müqəllidlərinə cihad fərz olmuşdur”.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır