Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Mühərrəm ayı daxil olmaqla dünyanın hər bir güşəsində olduğu kimi Kanadada İmam Hüseynin (əleyhis səlam) əza mərasimi xüsusi qeydlə keçirilir.
Kanadanın Monteral şəhərindəki “İslam Cəmiyyəti”nin himməti ilə təşkil olunan əzadarlıq mərasimi, onlarla Əhli Beyt (əleyhimus səlam) aşiqlərinin iştirakı ilə yağışlı havada qeyd edilib.
Əhli Beyt (əleyhimus səlam) aşiqləri, Konkurdiya salonu qarşısında toplaşaraq əzadarlıq ediblər. Mərasimdə çıxış zamanı xətib, İmam Hüseyn qiyamının fəlsəfəsi haqda danışıb. Daha sonra məddahlar, rozəxanlar böyük Kərbəla hadisəsinin faciəvi səhnələrini zikr edərək nohə və mərsiyələr deyiblər.







Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır