Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün, Mübariz Ruhani Hacı Tale Bağırovun vəkillərinin məhkəmədə iştirak etmədiyinə görə, məhkəmə iclası sabah təyin olunub.
Hacı Tale Bağırov ədalətsiz məhkəmə prosesi haqda açıqlama verərək bildirib: "Jurnalistlər və məhkəməni izləmək istəyən şəxslər məhkəmə zalına buraxılmayana qədər, məhkəmə obyektiv olmayana qədər vəkillərim məhkəməyə gəlməyəcək. Bu bizim etirazımızdır. Bura məhkəmə deyil, marketdir. Siz də marketin işçilərisiniz".
Ədalətsiz hakim məhkəməni sabah saat 14:00-a qədər təxirə salıb.
Qeyd edək ki, məhkəmənin çölündə çox sayda mülkü geyimli polis əməkdaşları gözə dəyirmiş.
Məhkəməyə gələn İslamçılardan Xəqani, Ramin, Famil, Vahid və Əli adlı dindarlar amansız polis tərəfindən saxlanılıb.
Onların saxlanılma səbəbi ilk öncə məlum olmasa da sonradan Vahid adlı dindar istisna olmaqla saxlanılan digər bütün şəxslər buraxılıb. Vahid isə narkoloji dispanserə aparılıb və sonra yenidən Sabunçu rayon polis idarəsinə gətirilib. Hələlik onun haqqında heç bir məlumat yoxdur.
İslamazeri.az-a verilən məlumata görə, Vahid Valehoğlu da azad edilib. O, 2 gün sonra yenidən polis bölməsinə getməli, şəxsiyyət vəsiqəsini geri götürməlidir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır