12 oktyabr 2013 - 20:30
Sabah Hacı Tale Bağırovun məhkəməsidir

Sabah mübariz ruhani Hacı Tale Bağırovun məhkəməsi keçiriləcək

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, 14 oktyabr 2013-cü il tarixində Sabunçu Rayon Məhkəməsində  Hacı Tale Bağırovun məhkəmə hazırlıq iclası keçiriləcək.

Proses saat 11:00-da hakim Samir Əliyevin sədrliyi ilə baş tutacaq.

Qeyd edək ki, ilahiyyatçı hacı Tale Bağırov 234.1 narkotik ittihamı ilə həbs olunub.

Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama haqqındadır.

Bu maddə 3 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır