Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, 14 oktyabr 2013-cü il tarixində Sabunçu Rayon Məhkəməsində Hacı Tale Bağırovun məhkəmə hazırlıq iclası keçiriləcək.
Proses saat 11:00-da hakim Samir Əliyevin sədrliyi ilə baş tutacaq.
Qeyd edək ki, ilahiyyatçı hacı Tale Bağırov 234.1 narkotik ittihamı ilə həbs olunub.
Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama haqqındadır.
Bu maddə 3 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır