16 sentyabr 2013 - 19:30
İİR Sərhəd Polisinin komandanı Azərbaycanda səfərdədir

İran İslam Respublikasının nümayəndə heyəti ilə artıq Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində görüş olub.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikası Sərhəd Polisinin komandanı, general Hüseyn Zülfüqarinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Səfər çərçivəsində bu gün İran İslam Respublikası heyətinin bir sıra görüşləri planlaşdırılır.

İran İslam Respublikasının nümayəndə heyəti ilə artıq Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində görüş olub.

Görüşdə İİR –Azərbaycan dövlət sərhədindəki vəziyyət və ikitərəfli əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır