Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi – ABNA: Suriya mədəniyyət naziri Məhəmməd Yasin Saleh suriyalı görkəmli xəttatlardan biri olan Osman Taha ilə görüşüb. O, Qurani-Kərimin ən görkəmli xəttatlarından biri hesab olunur və 1980-ci illərin sonlarından bəri Mədinədə yerləşən Kral Fəhd Quran Çap Kompleksində fəaliyyət göstərir. Osman Taha Qurani-Kərimin ayələrini öz əlləri ilə yazıb və onun xəttatı milyonlarla müsəlman üçün evlərində və məscidlərində tanış və qalıcı bir simaya çevrilib. Evlərimizdə olan Qurani-Kərimlər məhz onun xəttatlıqı ilə çap edilmişdir.
Sizin rəyiniz