Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının Prezidenti Höcətül İslam vəl Müslimin Doktor Həsən Ruhani sentyabrın 12-də Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin liderlərinin zirvə toplantısına qatılmaq üçün ilk xarici səfərini gerçəkləşdirib.
İran İslam Respublikasının Prezidentini “Manas” beynəlxalq hava limanında Qırğızıstanın baş naziri Jantoro Satıbaldiyev və digər dövlət rəsmiləri qarşılayıblar.
Qeyd edək ki, H. Ruhaninin sammitdə çıxış edəcəyi, Rusiya, Çin, Əfqanıstan və Qırğızıstan prezidentləri ilə görüşəcəyi gözlənilir.









Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır