16 avqust 2013 - 19:30
Misirin “Qəzəbli Cümə”si qana boyandı + Foto

Qeyd edək ki, 14 Avqust qırğınından sonra “Müsəlman Qardaşları Partiyası” ölkə boyu bir həftə aksiyalar təşkil edəcəyini bildirib.

  Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, 14 Avqust 2013 tarixdə Misir sələfilərinin ölkə hərbi qüvvələri tərəfindən amansızcasına qətlə yetirildikdən sonra, sələfilər Cümə günün “Qəzəbli Cümə” adlandıraraq minlərlə “Müsəlman Qardaşları Partiyası”nın tərəfdarları küçə və xiyabanlara tökülüşərək növbəti qırğınların yaranmasına səbəb olublar.

Məlumata görə, qarşıdurma zamanı 60 nəfər həlak olub. Hərbiçilər heç bir insani qanunlara məhəl qoymadan etirazçı kütləni əzməkdə israrlıdırlar.

Qeyd edək ki, 14 Avqust qırğınından sonra “Müsəlman Qardaşları Partiyası” ölkə boyu bir həftə aksiyalar təşkil edəcəyini bildirib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır