Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, vəkil Rövşən Şirəliyevin verdiyi açıqlamada İslamçı bloqçu Rəşad Ramazanovun istintaqının başa çatdığı bildirilir.
Şirəliyevin bildirib ki, iş avqustun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Xatırladaq ki, Rəşad Ramazanovu (Rəşad Həqiqət Ağəddin) mayın 9-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi saxlayıb. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlamaq və satmaq) maddəsi ilə ŞƏRLƏNİLİR. Onun haqqında 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır