2 avqust 2013 - 19:30
AİP Nefçalalada da Qüds Gününü qeyd etdi

Tədbir zamanı AİP komitə sədrinin müavini Kərbəlayi Babək bəyanat oxuyub və bu günün mahiyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən 2 avqust 2013 tarixdə, Beynəlxalq «Qüds Günü» münasibəti ilə Azərbaycan İslam Partiyasının Neftçala rayon komitəsinin üzvləri rayonun «Şəhidlər xiyabanı» na yürüş ediblər.

Onlarla dindar şəhidlərin məzarı üzərinə qərənfillər düzərək şəhidlərin ruhuna dualar oxuyub. Yürüş zamanı sionist israil rejiminə, Ermənistana, eləcədə bütün zalım rejimlərə lənətlər oxunub.

Tədbir zamanı AİP komitə sədrinin müavini Kərbəlayi Babək bəyanat oxuyub və bu günün mahiyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Sonda bütün işğal altında olan müsəlman torpaqlarının, o cümlədən Qüds, Qarabağ, Kəşmirin Uca Allahın köməkliyi ilə tezliklə azad olması üçün təkbirlər səslənib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır