15 iyul 2013 - 19:30
Qabun Azad edildi, qəsəbədə 400 metrlik tunel tapıldı + Foto

SANA müxbirinə açıqlama verən səlahiyyətli mənbə, tunelin terroristlər tərəfindən hazırlanaraq, öncədən hökümət tərəfindən elektrik kabelləri üçün hazırlanan tunellərə bağlandığını bildirib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Suriya Milli Ordusunun xain və qəddar terrorçulara qarşı apardıqları əməliyyatlar dünən, müxtəlif il, bölgə və kəndlərdə davam edərk, azğın yaraqlılara ağır itkilər verməyə məcbur edib.

Qabunda 400 metrlik tunel tapıldı

Suriya Milli Ordusunun düşmən vəhabi-sələfi terror qruplarına qarşı apardıqları əməliyyatlar nəticəsndə Dəməşqin Qabun qəsəbəsi tamamilə yaraqlılardan azad edilərək təmizlənib. Əməliyyatlardan sonra Qabun qəsəbəsindəki Dəməşq-Homs Beynəlxalq Şosenin altında, Qabun qəsəbəsi ilə, Cobar Sənaye bölgəsini bir-birinə bağlayan 400 metr uzunluğunda bir tunel kəşf edilib.

Bu haqda SANA müxbirinə açıqlama verən səlahiyyətli mənbə, tunelin terroristlər tərəfindən hazırlanaraq, öncədən hökümət tərəfindən elektrik kabelləri üçün hazırlanan tunellərə bağlandığını bildirib.

Qeyd edək ki, yaraqlılar tunel vasitəsi ilə, vətəndaşlara hücum edərək, silah və sursat ehtiyaclarını da onun vasitəsi ilə təmin edirmişlər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır