3 iyun 2013 - 19:30
Ərdoğan polisləri 22 yaşlı cavan etirazçını güllələyərək şəhid etdilər + Foto

Abdullah Comərd adlı cavan, Türkiyə dövlətinin əleyhinə başlanan xalq qiyamında iştirak edərkən, polisin avtomat silahdan açdığı atəş nəticəsində ağır yaralanır. Abdullah xəstəxanaya çatdırılsa da lakin aldığı güllə xəsarətinin ağır olduğu səbəbi üzündən xəstəxanada dünyasını dəyişib. Beləliklə də, Türkiyə Xalq Qiyamında şəhid olanların sayı hələlik 3 nəfərə çatıb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Türkiyədə durum ağır olaraq qalmaqda davam edir. Xəbər agentliklərinin verdiyi məlaumatlara görə, iki günahsız Türk vətəndaşı, polis zorakılığının ucatından həyatlarını dəyişiblər.

Bu gün aldığımız məlumatda isə, daha bir cavan, öz həyatını itirib. Belə ki, xəbər agentliklərinin verdiyi məlumatlara görə, bu gün Hatai vilayətində baş tutan etiraz aksiyasında iştirak edən 22 yaşlı cavan etirazçı, şəhid olub.

Abdullah Comərd adlı cavan, Türkiyə dövlətinin əleyhinə başlanan xalq qiyamında iştirak edərkən, polisin avtomat silahdan açdığı atəş nəticəsində ağır yaralanır. Abdullah xəstəxanaya çatdırılsa da lakin aldığı güllə xəsarətinin ağır olduğu səbəbi üzündən xəstəxanada dünyasını dəyişib. Beləliklə də, Türkiyə Xalq Qiyamında şəhid olanların sayı hələlik 3 nəfərə çatıb.

Qeyd edək ki, Türkiyədə baş verən qarşıdurma nisbətən sakitləşsə də, lakin dünən gecə Ərdoğanın etirazçıları təhqir edərək “qarətgər” adlandırması, bir daha qarşıdurmanın alovlanmasına səbəb oldu.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır