Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən bu gün 5 oktyabr 2012-ci il tarixində keçirilən “Hicaba azadlıq” aksiyası zamanı həbs olunan daha bir qrup məhbusa hökm oxunub.
İslamazeri.az-ın xüsusi müxbirinin verdiyi məlumata əsasən, hakim, Ramil Vəliyevi 6 il 6 ay, Elşad Rzayevi 6 il, Arif Fətəliyev, Vahid Lələkişiyev, Ramil Mehdiyevi 2 il, Elçin Məmmədovu isə, 1 il 9 ay müddətində azadlıqdan məhrum edib.
Hicab məhbuslarının cəza müddəti tutulduqları gündən hesablanacaq və ümumi cəza çəkmə müəsisələrində saxlanılacaqlar.
Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilənlərə 2 il 6 aydan 7 il 6 aya qədər həbs istəmişdi.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır