Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Bir müddət əvvəl azadlığa buraxılan Cəlilabad rayonunun tanınmış ruhanisi İlqar Əliyev Azadxeber.net internet qəzetinə baş redaktor Nicat Əliyevlə bağlı açıqlama verib.
Bu gün Nicat Əliyevin həbsindən 1 il keçir. Bildiyimiz qədəri ilə siz həbsdə olan zaman onunla otaq yoldaşı olmusunuz. Nicatla bağlı təəssüratlarınızı öyrənmək istərdik:
"Hacı Nicatla sözün düzü həbsxanada tanış olmuşam. İlk söhbətlərimizdən sonra ona dedim ki, sən Kərbəlanın Abdullah ibni Vəhəbisən. 20 gündür ki, ailə qurmusan, əzizlərini qoyub bura gəlmisən. Nicat çox əqidəli, şücaətli, imanlı bir şəxsdir. Mən öz məhkəmələrimdə də onun adını qeyd etmişəm. Çox söhbətlərimdə onun adını çəkmişəm. Həqiqətən də çox imanlı adamdır. Allah qapısını açsın. O insanlar əmələn Kərbəla hadisəsini yaşayan insanlardır. Onların bizim boynumuzda haqları vardır.
Ümumiyyətlə, həm əvvəlki həbslər, həm də ölkədəki bu son həbslərlə ölkədə sönüklük yaratmaq istəyirlər. Amma bu heç nəyi həll edə bilməz. Onlar öz sözlərini deyən insanlardır. Həmçinin zindanın özündə də. Bunu bilsinlər ki, ən gözəl hakim Allahın özüdür."
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır