Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən İngiltərədə işıq üzü görən əl-Diyar qazeti bildirib: “İordaniya Təhlükəsizlik Qüvvələri, İordaniya padşahı, ikinci Məlik Əbdullaha qarşı terror planı hazırlayan terror qruplaşmasının üzvlərini yaxalayaraq həbs ediblər”.
əl-Diyar qazetinin bildirdiyinə görə, ikinci Məlik Əbdullaha qarşı terror planı əyata keçirtmək məqsədi olan terror qruplaşması, əl-Qaidə ümümdünya terror təşkilatının Suriya üzrə şaxəsi, əl-Nüsrə terror cəbhəsinin ünsürlərinin olduğu bildirilir.
Qəzet, terror əməliyyatının həyata keçirilməsi haqqda yazaraq deyir: “Terrorçuların məqsədi, İordaniyada dini mərasimlərin birində, qrupun iraqlı üzvlərindən birinin belinə partlayıcı maddələri bağlayaraq, kamikaze əməliyyatını həyata keçirtmək niyyətləri olub”.
Xatırladaq ki, ABŞ, Avropa İttifaqı və sionist israil rejimi başda olmaqla, Suriyada qanlı savaşların yaradılması üçün, əl-Qaidə ümümdünya terror təşkilatının Suriya şəxəsi olan əl-Nüsrə türror qruplaşmasının əsas banilərindən biri də, İordaniya, Səudi ərəbistan və Türkiyə dövlətidir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır