Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Fransada çap olunan “Le Figaro” qazeti, Myanmada bütpərəst rahiblərin Müsəlmanlara qarşı törətdiyi cinayətlərinə işarə edərək yazır: “Myanmada, orta məktəbdə baş verən yanğında, 13 uşaq dünyasın itirib. Baş verən faciə, orta məktəbin yerləşdiyi məntəqədə yaşayan sakinlərin, böyük nigərançılıq keçirmələrinə səbəb olub.”
Qeyd edək ki, Myanma, son aylarda, radikal bütpərəst rahiblərin Müsəlmanlara qarşı saysız cinayətlər törətmələrinin şahidi olub. Bütün bunlara baxmayaraq, Myanma polisi, Orta Məktəbdə baş vermiş yanğını sadəcə “qəza” hadisəsi kimi qiymətləndirir. Myanmada bütpərəst dövlət də, öz növbəsində, baş vermiş hadisənin, ölkədəki Dini Qarşıdurmalara qətiyən heç bir adiyyatının olmadığını bildirib.
Polis, yanğının səbəbini, elektirik cəryanında qəflətən voltajın yüksələrək, partlaması kimi elan etsədə, lakin Myanmalı Müsəlmanlar qəza səbəbində polisin irəli sürdüyü nəzəriyyəyə şəklə yanaşırlar.
Xatırladaq ki, təkcə ötən üç gün ərzində, Myanmada Dini Qarşıdurmalar zəminində 43 Müsəlman, bütpərəstlər tərəfindən şəhid edilib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır