27 mart 2013 - 19:30

Hacı Tale Bağırov: “Ağsuda İslam Peyğəmbərinin (səlləlahu əleyhi və alih) qızı, Fatimeyi Zəhranın (səlamullahi əleyha) şəhadəti ilə bağlı keçirilən mərasimə çıxış etmək üçün mən də dəvət olunmuşdum. Ancaq Ağsuya çatandan sonra polis əməkdaşları, icra hakimiyyətinin nümayəndələri və mülkü geyimli şəxslər məsciddə tədbirin keçirilməsinin qarşısını aldılar. Məscisdin qapısını bağladılar...”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən «Martın 28-də Ağsuda bir qrup dindar rayon məscidində mərasim keçirmək istəyib. Ancaq qarşısı alındığından mərasim baş tutmayıb».

Bu haqda AzadlıqRadiosuna mərasimdə iştirak etmiş ilahiyyatçı Tale Bağırov məlumat verib:

«Ağsuda İslam Peyğəmbərinin (səlləlahu əleyhi və alih) qızı, Fatimeyi Zəhranın (səlamullahi əleyha) şəhadəti ilə bağlı mərasim keçirmək planlaşdırılırdı. Mərasimdə çıxış etmək üçün mən də dəvət olunmuşdum.

Ancaq Ağsuya çatandan sonra polis əməkdaşları, icra hakimiyyətinin nümayəndələri və mülkü geyimli şəxslər məsciddə tədbirin keçirilməsinin qarşısını aldılar. Məscisdin qapısını bağladılar».

Hacı Tale Bağırovun sözlərinə görə, bundan sonra mərasimi yerli dindarlardan birinin evində keçiriblər.

Ağsu rayon icra hakimiyyəti başçısının köməkçisi Vüqar Atakişiyev AzadlıqRadiosuna deyib ki, belə bir şey olmayıb: «İcra hakimiyyətinin məsciddə keçirilən tədbirə müdaxilə etməsi qeyri-mümkündür».

Ağsu rayon polis şöbəsindən isə məsciddə baş verənlərlə bağlı onlarda məlumat olmadığını bildirdilər.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır