Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikasının əl-Aləm televiziya kanalı, az öncə, başda sionist, ABŞ və Avropa Birliyi olmaqla Türk və Ərəb cinayətkarları tərəfindən Suriyada törədilən növbəti cinayətlərin aşkar edildiyi xəbərini yayımlayıb.
Belə ki, Homs əyalətinin Baba Ömər şəhərinin Cəvratul Ərayis məntəqəsində, cinayətkar “Azad Suriya Ordusu” adlı terror qruplaşması tərəfindən yüzlərlə günahsız insanların qətlə yetirilmiş kütləvi məzarları aşkar edilib...
əl-Aləm televiziya kanalı, həmçinin bildirib: “Azğın silahlı yaraqlılar, Suriyanın əl-Burhaniyyə məntəqəsindən raket ataraq, Suriyanın Livanla sərhəd zonası olan Səddu Zəyta məntəqəsini vurublar”.
Digər xəbərlərdə isə, Suriya Milli Ordusunun Homs əyalətində, azğın terror qruplaşmalarına qarşı apardığı Təmizlənmə Əməliyyatları zamanı, Babu Hud məntəqəsində, 24 partlayıcı maddələrdən ibarət bağlamanı aşkar edərək zərərsizləşdirdikləri qeyd edilir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır