Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin rəhbərlərinin Qahirədə keçirilən İslam Sammiti Konfransının yekununda qəbul olunan sənəddə deyilir: “Biz Ermənistanın Azərbaycan respublikasına qarşı təcavüzünü pisləyir və BMT Nizamnaməsini əsas tutaraq bəyan edirik ki, güc yolu ilə torpaqların tutulması yolverilməzdir”.
Sənəddə deyiilir: “Biz münaqişənin suverenlik, ərazi bütövlüyü və Azərbaycan respublikasının beynəlxalq səviyyədə tanınmış torpaqlarının toxunulmazlığı çərçivəsində həll olunmasına çağırırıq. Biz Dağlıq Qarabağda və Azərbaycan respublikasının digər işğal olunmuş torpaqlarında mədəni və İslam irsinin dağıdılmasına, məcburi demoqrafik dəyişikliyə, şəxsi mülkiyyət hüququnun pozulmasına, qanunsuz iqtisadi fəaliyyətə təəssüf edirik və üzv ölkələri onların fiziki və hüquqi şəxslərinin bu qeyri-leqal fəaliyyətlərə cəlb olunmasının qarşısını almağa çağırırıq. Biz bir daha Azərbaycan Respublikasının, o cümlədən BMT Baş Assambleyası çərçivəsində ərazi bütövlüyünü və suverenliyini bərpa etmək cəhdlərinə özümüzün prinsipial dəstəyimizi bəyan edirik”.
Xatırladaq ki, 1994-cü ildən Rusiya, Fransa və Amerikanın həmsədrliyi ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk Qrupu Qarabağ Münaqişəsinin sülhsevər həllində vasitəçilik edir, amma bu qrupun fəaliyyəti indiyə qədər əməldə heç bir müsbət nəticəyə malik olmayıb.
Azərbaycan Respublikasındakı siyasi və ictimai dairələrin tərəfsiz olmadığına etiraz etdikləri və Minsk Qrupunun Ermənistanın tərəfdarlı və ermənisevərlikdə ittiham etdikləri bir halda hələ də Rəsmi Bakı bu yolla müzakirələri davam etdirməkdə israrlıdır və xeyrinə işləməyən danışıqlardan imtina edə bilmir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır