Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Vəli-i Faqihin İslam İnqilabı Keşikçiləri (Sepah) Ordusundakı Nümayəndənsinin Məsləhətçisi General Yədullah Cəvani, Sepahın Şimali Xorasan əyaləti üzrə mərkəzi səlahiyyətliləriylə təşkil etdiyi yığıncaqda çıxış edərək bildirib: "Önümüzdəki Prezident seçkiləri İslami Qurluşu üçün xüsusi bir əhəmiyyət və mövqe kəsb edir. Buna görə, bu seçkilərdə ciddi maraq göstərməmiz lazımdır".
General Cəvani daha sonra İran İslami Respublikasının gələcək Prezident seçkiləri üçün 4 strateji hədəfi nəzərə aldığına işarə edərək deyib: "Bunların birincisi xalqın əhatəli bir şəkildə bu seçkilərə qatılmasını təmin etmək, ikincisi sağlam və azad bir seçkinin keçirilməsi, üçüncüsü xalqın etibarını qazana bilən yol ilə bir rəqabətin meydana gəlməsi, dördüncüsü də, təhlükəsizlik probleminin yaranmasına yer verməməkdir".
General Cəvani çıxışının davamında İslam İnqilabı düşmənlərinin İran İslam Respublikası əleyhinə yürütdüyü sanksiyalarının yanında qeyd olunan Prezident seçkiləri üçün də geniş və ciddi planlar düşündüyünə işarə edərək deyib: "Düşmənin ən mühüm ssenarisi bu seçkilərin böhran və gərginlik mühiti içərisində təşkil edilməsi və nəticədə İslam Quruluşunun təhlükəyə düşməsidir. Bu əvvəlcədən qurulmuş ciddi bir hiylədir. Bu barədə çox ayıq olmaq lazımdır..."
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır