Əhli Beyt (əleyhis səlam) - ABNA - Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Bu gün Lənkəran Ağır Cinayətlər məhkəməsində Masallıda ŞƏRLƏNƏRƏK həbs olunan 8 dindarın cinayət işi ilə tanışlıq iclası keçirilib.
Bu barədə Xeber44.com İnternet qəzetinin xüsusi müxbiri məhkəmə salonundan məlumat verib.
Seyyid Araz Quliyev və Nicat Əliyevin vəkillərinin məhkəmədə iştirak etməməsi, iclasın yubanmasına səbəb olub.
Saat 11:00-da keçirilən məhkəmə iclasında hakim jurnalist Seyyid Araz Quliyevin, Nicat Əliyevin, Ziya Tahirov, Rza Ağalı, Xalid Kazımov, Surac Ağayev, Vüsal Quliyev və Namiq Kişiyevin cinayət işi tanış olub.
Növbəti məhkəmə iclası yanvar ayının 21-i saat 11:00 təyin olunub.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır