Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikası ABŞ tərəfindən bu ölkənin Mədəniyyət Nazirliyinin kompüter sistemlərinə qarşı təşkil edilmiş kiber hücumun qarşısını alıb.
Məlumata görə, sözügedən hücum ABŞ-ın Texas ştatının Dallas şəhərindən təşkil edilib və Vyetnam kommutatorları tərəfindən həyata keçirilib. Hücum təşkil edilməsində məqsəd, İran İslam Respublikası Mədəniyyə Nazirliyinin fondunda olan bir sıra dəyərli yaradıcılıq nümunələrini əldə etmək olub. Bu barədə İİR Mədəniyyə Nazirliyindən bildirilib.
İran İslam Respublikası İnformasiya Nazirliyinin kiber hücumlar üzrə mütəxəssisləri hücumların qarşısını almağa müvəffəq olub.
Qeyd edək ki, bir neçə gün öncə İran İslam Respublikası KİV-ləri sənaye şəbəkələrinin kompüter sistemlərində “Stuxnet” virusunun aşkarlandığını və onların dərhal təmizləndiyini bildirmişdi.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır