Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Nazirlər Kabinetinin iclasını çıxışında jurnalistlərin suallarına cavab verən İran İslam Respublikasının Müdafiə Naziri, General Əhməd Vəhidi, silahlı qüvvələrin cənub sahillərində yeni hərbi manevrinin məqsədini, silahlı qüvvələrin hazırlıq səviyyəsini daha da inkişaf etdirib və yeni silahları sınaqdan keçirtmək məqsədi ilə olduğunu açıqlayıb.
General Vəhidi, İran İslam Respublikasının bölgədə təhlükəsizliyi təmin edən ən əhəmiyyətli ölkə olduğuna və buna görə də hər zaman hazırlıq səviyyəsinin inkişaf etdirməsinin lazım olduğunu qeyd edib.
General Vəhidi həmçinin, İran İslam Respublikası Müdafiə Sənayesinin, bu yaxınlarda ovlanan Amerika İHA-sından (pilotsuz casus təyyarələri) daha çox inkişaf etmiş İHA-lar çıxardığını vurğulayıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır