Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikasında yerli istehsal olan iki helikopter ictimaiyyətə təqdim olunub.
Təqdimat İran İslam Respublikası Müdafiə Naziri, General-Mayor Əhməd Vəhidinin iştirakı ilə ölkənin Kiş adasında keçirilən VI Beynəlxalq Hava Sənayesi və Havaçılıq Sərgisi çərçivəsində baş tutub.
İranlı mütəxəssislərin dizaynı əsasında hazırlanan iki yerli helikopterdən biri olan “Penha-1” 14 nəfər daşımaq tutumuna sahibdir. Digər yerli istehsal olan “Penha-2” isə 8 nəfərlikdir. Bundan əlavə, 20 nəfərlik “ST-214” helikopteri iranlı mütəxəssislər tərəfindən tamamilə təmir edilərək “Şəhriyar” adı ilə silahlı qüvvələrin envanterinə verilib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır