9 dekabr 2012 - 20:30

Bolqarıstanda 20 il kilsədə xidmət edən keşiş, İslamı qəbul edincə ölkədə böhran yaşandı. Vidin şəhərində Ortodokslarla Müsəlmanların 2 əsrdir apardıqları ortaq Aşura Günün qeyd etmələri ləğv edildi...

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Bolqarıstanda İslamı qəbul edən keşiş, Müsəlman xalq ilə Ortodoks Xristianlar arasında 200 ildən bəri davam edən ortaq Aşura günü qeyd etmələrinə zərbə vurdu.

Sofyadaki "Svet İvan Rilski" Ruhanilər Məktəbində bu günki Plovdiv Mitropoliti Nikolay ilə eyni sinifdə oxuyan Atanas Mixaylov, Sofyada 20 il boyunca keşişlik və kilsə icmasına rəhbərlik edirmiş. Bir müddət əvvəl Mixaylov, dinin dəyişdirərək müsəlmanlığı seçmişdir. Sofiya müftisi Mustafa İzbiştali, 27 Noyabr günü Sofiya BANYAK Əvvəli məscidində əsr namazından sonra Atanas Mixaylovun Abdullah adını alaraq İslamı seçdiyini elan edib.

Xristianlıqdan imtina edərək İslamı qəbul edən və Abdullah adını alan Mixaylov bu barədə açıqlama verərək bildirib: “İnformasiya və həqiqəti axtaranın biriydim, bu axtarış məni İslam dinini qəbul etməyə apardı”.

Dinin dəyişdirən keşişə İslamı qəbul olunmasına dair təsdiqnamə təqdim edən Müfti, bu fotoşəkili Müftülüyün internet saytına yerləşdirib və "Keşiş İslamı seçdi. Ya Rəbb! Biz, doğru yolu göstərən rəhbərliyin üçün sənə dua edirik, bizi sapmışların yoluna düşməkdən qoru" ifadələrindən istifadə edərək ölkədə qaravalıq yaradıb.

Müfti GERİ ADDIM ATDI AMMA ...

Bolqar Ortodoks Kilsəsi, Mixaylovun Bolqar kilisesiyle əlaqələrini kəsdiyini bildirərək müftiliyin verdiyi bəyanatın həqiqəti əks etdirmədiyini və xristianlara qarşı təhqiredici ifadələri ehtiva etdiyini elan edib.

Bolqar mətbuatı isə keşişin müsəlman qıza aşiq olduğu üçün dinin dəyişdirdiyini qarşıya qoyub. Təpkilər sayəsində müftiliyin saytındakı açıqlamanın başlığı "Köhnə keşiş müsəlman oldu" dəyişdirilib və Qurandan sitat gətiriən ayə də mətndən çıxarılıb. Lakin müftünün bu addımı da Bolqariya Müsəlmanlarına olunan təzyiqi səngitməyib. Belə ki, Aşura Günündə böhran pik həddinə çatıb. Ölkənin şimalındakı Vıdı şəhərində olan Məmməd Pazvantoğlu Məscidində 200 ildir Müsəlmanlar ilə Ortodoks Xristianlar birlikdə Aşura Günün qeyd ediblər. Ancaq Vidi Yepiskopluğu, İslamı qəbul edən keşiş üzündən bu il keçirilən Aşura Günün qeyd etmələrinə qatılmamaq qərarın verib. İnternet saytında açıqlama verən Vıdı yepiskopu Sioniy, "Vıdı xristianları olaraq İslam inancına indiyə qədər sevgiylə yaxınlaşdıq. Aşura Günün qeyd etmələrinə qatılmağımız da bunun bir göstəricisi idi. Ancaq son yaşananlar üzündən şəhərdəki bütün xristian Ortodoksları Aşura gününə qatılmamaları çağırışına tapılırıq"- deyiə bildirib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır