Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst 7 dekabrın 2012 tarixdə, jurnalistlərə açıqlamasında İİR-ın Qərb ilə nüvə danışıqları aparmaq şərtini açıqlayıb.
Cənab Ramin Mehmanpərəst ABŞ, İngiltərə, Fransa, Rusiya, Çin və Almaniya dövlətləri tərəfindən müxtəlif fikirlərin ortaya qoyduqlarına işarə edərək bildirib: “5+1” qrupuna üzv ölkələr, İran İslam Respublikas ilə nüvə danışıqlarının davam etdirilməsini istəyir. Biz də müzakirələrin davam etdirilməsi məsələsinə müsbət yanaşırıq.
İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü daha sonar danışıqların məntiq çərçivəsində olmasına işarə edərək bildirib: Biz hesab edirik ki, danışıqlara məntiqi bir yanaşma tərzi ilə başlamaq lazımdır. Çünki belə olduqda sürətlə nəticə əldə etmək olar.
O, sonda bildirib: Güman edirik ki, bizim uranı zənginləşdirməklə bağlı hüququmuzu tanısalar, biz Qərblə danışıqlara getməyə tam hazırıq”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır